İsveçrəyə yeni səfir təyin edilən Vaqif Sadıqov kimdir? - DOSYE

İsveçrəyə yeni səfir təyin edilən Vaqif Sadıqov kimdir? - DOSYE
Siyasət 57

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrəyə yeni səfir təyin edib.

BAKU.WS xəbər verir ki, Sərəncamlara əsasən, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrədə fövqəladə və səlahiyyətli səfirləri təyin olunub.

Vaqif Sadıqov 2 noyabr 1956-cı ildə Bakıda anadan olub. O, 1978-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. Filologiya elmləri namizədidir.

Diplomatik fəaliyyətinə 1992-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar idarəsinin birinci katibi kimi başlayan Vaqif Sadıqov daha sonra hərbi-siyasi məsələlər üzrə şöbəyə rəhbərlik edib.

1995-2004-cü illərdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri olmaqla yanaşı, BMT-nin Vyana Bölməsi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və ATƏT yanında ölkənin daimi nümayəndəsi vəzifələrində çalışıb. O, həmçinin Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi üzrə Təşkilat və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanında Azərbaycanın daimi nümayəndəsi olub.

2004-2010-cu illərdə Vaqif Sadıqov Azərbaycanın xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. 2010-2016-cı illərdə ölkənin İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri olub.

2016-2021-ci illərdə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi kimi fəaliyyət göstərib.

2021-ci il iyulun 26-dan 2026-cı il avqustun 10-dək Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub.

Vaqif Sadıqov ingilis, rus, fransız və alman dillərini bilir.

Son xəbərlər