İsrailin sabiq prezidenti: Dini inancından asılı olmayaraq hamı eyni müalicə üsulundan faydalanmalıdır
Xristianlar, müsəlmanlar, yəhudilər və digərləri eyni müalicə üsulundan faydalanmalıdır.
"Report" xəbər verir ki, bunu İsrailin sabiq prezidenti Daliya Itzik XII Qlobal Bakı Forumunda çıxışında deyib.
Onun sözlərinə görə, insanlar dini inancından asılı olmayaraq birlikdə yaşamağa, xəstəliklərə, fəlakətlərə qarşı birgə mübarizə aparmağa öyrəşməlidir.
Eks-prezident İsrailin səhiyyə sisteminə də toxunub:
"İsraildə hər məhəllənin, icmanın özünün klinikası var. Hər hansı bir hadisə baş verərsə, həmin klinikaya rahat şəkildə müraciət etmək mümkündür".
Xanım Daliya Itzik COVID-19 pandemiyası zamanı bir qrup israilli həkimin dünyanın müxtəlif ölkələrinə dəstək məqsədli səfərinə də diqqət çəkib.
Oxşar xəbərlər
Verilən sözə xəyanət, dayandırılan istintaq: Bastrıkin həqiqəti ört-basdır etdi?
Rusiya "Telegram" kanallarında Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin adından Azərbaycanın Baş prokuroru Kamran Əliyevə ünvanlanmış məktub yayı...