İsrailin Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan xalqına və Xocalı faciəsi qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk".
BAKU.WS xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "X" platformasındakı paylaşımında bildirilib.
"Səfirlik adından Azərbaycan xalqına və Xocalı faciəsi qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk. Həyatını itirən günahsız insanların xatirəsini ehtiramla yad edir və zərər çəkmiş hər kəsə ən dərin rəğbətimizi bildiririk. Qurbanların xatirəsi daim yaşasın və sülh ilə qarşılıqlı anlaşma qalib gəlsin", - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
Iğdır şəhərində 8 Noyabr - Zəfər Günü qeyd olunur
Türkiyənin Iğdır şəhərində Azərbaycanın 8 Noyabr - Zəfər Günü qeyd olunur. BAKU.WS xəbər verir ki, bayram münasibətilə yüzlərlə insan şəhərdə yürüş keçirib.