İraq ABŞ-İran danışıqlarına ev sahibliyi etməyə hazırdır
İraqın Rusiyadakı səfiri Əbdül-Kərim Haşim Mustafa yeni bəyanatla çıxış edib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, o İraqın ABŞ-İran danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Əbdül-Kərim Haşim Mustafa həmçinin qeyd edib ki, bu, ABŞ və İranın iradəsindən və istəyindən asılıdır.
"2014-cü ildə İraq ABŞ və İran arasında ilk bilavasitə danışıqlara ev sahibliyi edib. İraq bu rolu oynamağa həmişə hazırdır, lakin bu, iki tərəfdaşın yəni, ABŞ və İranın iradəsindən və istəyindən asılıdır" - deyə, diplomat bildirib.
O əlavə edib ki, İran, ABŞ və İsrailin iştirak etdiyi münaqişə iraq vətəndaşlarını həyatına o qədər də təsir etməyib.
"Təəssüf ki, İsrail raketlərinin çoxu təkcə İraq hava məkanından deyil, həm də Suriya, Livan, bəzən İordaniya hava məkanından İrana doğru uçub və bunun qarşısını almaq üçün texniki imkanı olan ölkələrin sayı azdır"- deyə Haşim Mustafa əlavə edib.
Oxşar xəbərlər
Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində olublar
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Milli Onkologi...