İranın boş iddiası onun hikkəsində gizlənir - AÇIQLAMA

İranın boş iddiası onun hikkəsində gizlənir - AÇIQLAMA
Təhlil
Siyasət 90

"Azərbaycan xarici siyasətinə nəzər yetdirərkən cənab Prezident İlham Əliyevin siyasətimizi aydın vizyon, konkret əməl üzərində müəyyənləşdirdiyinin şahidiyik".

Bunu BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

O hesab edir ki, Azərbaycan sülh olduğu qədər, müharibə şəraitində də proqnozlaşdırılabilən siyasət yürüdür:

"Sözü ilə əməli vəhdət təşkil edir. Azərbaycan hətta müharibə şəraitində olarkən, müharibə apararkən belə heç bir halda mülki infrastrukturu hədəf seçməyib. Hədəfimiz hər zaman hərbi obyektlər olub. 44 günlük Vətən müharibəsində də, lokal xarakterli antiterror əməliyyatları zamanı da biz bu amili prioritet tutduq. Azərbaycan dövlət başçısının yürütdüyü aydın siyasətin nəticəsidir ki, bu gün beynəlxalq aləmdə etimad göstərilən tərəfik. Azərbaycan Liderinin sözünə güvən var. Elə bunun nəticəsidir ki, müxtəlif dövlətlərin vətəndaşları Azərbaycan ərazisi vasitəsilə təhlükəsiz şəraitdə İrandan çıxdılar.

Habelə, qeyd olunmalı amil odur ki, Azərbaycan verdiyi qərarların arxasında hər zaman qətiyyətlə, prinsipiallıqla durmağı bacarıb, heç bir halda acizlik və qorxaqlıq nümayiş etdirməyib. Lakin müharibə başladığı andan etibarən İranın müxtəlif dövlətlərdə mülki infrastrukturu hədəf götürdüyünün şahidiyik. Müharibənin arealını genişləndirməyə çalışır. Mülki obyektlərin, mülki vətəndaşların, hava limanlarının hədəf götürülməsi yolverilməzdir.

Bu, acizliyin və qorxaqlığın əlamətidir. Deməli, İranın gücü, resursları heç də iddia etdiyi qədər deyil. İranın boş iddiası onun hikkəsində gizlənir".

Son xəbərlər