İranda fərqli məhərrəm ayı: Ümmətçilikdən millətçiliyə?

İranda fərqli məhərrəm ayı: Ümmətçilikdən millətçiliyə?
Video
Siyasət 101

Son günlər farsdilli mediada, o cümlədən rəsmi kütləvi informasiya vasitələrində İranda builki məhərrəm ayının mərasimlərinin fərqli şəkildə keçirildiyi barədə çoxsaylı yazılar dərc olunub.

Bu barədə "Azad İran"ın "YouTube" kanalında yayımlanan videosüjetdə qeyd olunur.

Misal üçün, İran dövlət teleradio təşkilatının "İRİB News" informasiya agentliyi həmin fərqin nədən ibarət olduğu barədə yazıb:

"Bu il keçirilən Hüseyn əzadarlıqlarında dini etiqadlarla milli hisslərin çulğaşması builki məhərrəm ayını əvvəlkilər ilə müqayisədə fərqli və əlbəttə, daha cəzbedici edib".

SEPAH-a bağlı "Tasnim" informasiya agentliyi isə Mazandaranda qədim ayinlərdən istifadə olunmaqla "fərqli bir məhərrəm ayı" barədə məqalə dərc edib, halbuki burada haqqında danışılan qədim ayinlər əsasən dini-məzhəbi deyil, milli-mədəni və etnoqrafik mahiyyət daşıyır.

İranda mötədil siyasi cinahın tribunası olan "Sazəndegi" qəzeti "Fərqli Məhərrəmlik" başlığı ilə hökumət məddahı Mustafa Rağibin keçirdiyi mərasimlərdən bəhs edib və bu mərasimlərdə saksafon, klarnet kimi alətlərdən istifadə olunduğunu xüsusi vurğulayıb. Həmin məddah öz açıqlamasında o əzadarlıq mərasimlərində vətən və İran haqqında da bir neçə beyt söylədiyini bildirib.

Məhərrəm ayının ilk günlərindən biruzə verilən və geniş diqqət çəkən bu millətçi-patriotik diskursun ən parlaq təzahürü İranın Ali Rəhbəri Əli Xameneyinin 22 günlük fasilədən sonra cəmiyyət içərisinə çıxdığı Aşura mərasimi zamanı özünü göstərib.

Son xəbərlər