İran dronları və Bakının cavab hazırlığı
"2026-cı il martın 5-də İranın zərbə pilotsuz uçuş aparatları (PUA) Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə hücum edib.
Dörd dinc sakin yaralanıb. Zərbə İranla ABŞ-İsrail koalisiyası arasındakı müharibəyə heç bir aidiyyəti olmayan suveren dövlətin mülki infrastrukturuna endirilib. Prezident İlham Əliyev dərhal Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb və baş verənləri terror aktı kimi qiymətləndirib".
BAKU.WS xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalının yeni süjetində bəhs edilir.
"Dövlət başçısı açıq danışaraq bildirib: "Bu gün İran tərəfindən Azərbaycan ərazisinə, Azərbaycan dövlətinə qarşı terror aktı törədilib. İran dövləti Naxçıvan Muxtar Respublikasının ərazisini PUA-lardan istifadə edərək atəşə tutub".
Əliyev diplomatik evfemizmlərə əl atmadan, "İran Naxçıvan Beynəlxalq Hava Limanını, terminal binasını, məktəbi və digər istiqamətləri namərd atəşə tutub" deyə vurğulayıb. "Namərd" sözü şüurlu seçimdir. Prezident baş verənlərə təkcə hüquqi deyil, həm də mənəvi qiymət verib.
İran ikiüzlülüyünün miqyasını qiymətləndirmək üçün son günlərin xronologiyasına baxmaq kifayətdir", - deyə materialda vurğulanır.
Oxşar xəbərlər
İranın səfiri "Baku TV"nin bəzi suallarından yayınıb
İran hücuma məruz qalandan sonra ABŞ və İsrailin bölgədəki hərbi bazalarını hədəf alıb və bu hücumları elan edərək həyata keçirib. BAKU.WS "Report"a istinadən x...