İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyinin rəhbərliyi müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
BAKU.WS bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Ümummilli Liderin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.
Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, ölkəmizin müstəqilliyinin gücləndirilməsi və beynəlxalq nüfuzunun artması Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun nəticəsidir. Ulu Öndərin formalaşdırdığı inkişaf xətti bu gün də Azərbaycanın dayanıqlı tərəqqisinin əsasını təşkil edir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda yeni ombudsman seçiləcək
Azərbaycanda yeni ombudsmanın seçilməsi məsələsi Milli Məclisin gündəliyinə daxil edilib. BAKU.WS xəbər verir ki, məsələ oktyabrın 30-da parlamentin İnsan hüquq...