İlham Əliyevin sülhə və sabitliyə hədəflənmiş xarici siyasət strategiyası öz bəhrəsini verir - RƏY

Prezident İlham Əliyevin sülhə və sabitliyə hədəflənmiş xarici siyasət strategiyası öz bəhrəsini verir və regiona davamlı sülh gətirir.
BAKU.WS xəbər verir k, bunu report-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.
Onun sözlərinə görə, Ağ Evdə imzalanan birgə bəyannamə Ermənistan hökumətinin üzərinə paraflanmış sülh və dövlətlərarası münasibətlərin yaranması haqqında sazişin imzalanması və ratifikasiyası ilə bağlı konkret yazılı öhdəlik qoyur:
"Azərbaycanın sülh sazişinin imzalanması yolundakı şərtlərinə və təkliflərinə artıq qlobal güc mərkəzi Vaşinqtondan və ABŞ Prezidenti Donald Trampdan dəstək aldıq. Bu, ilk növbədə, Ermənistan Konstitusiyasının preambulasında ölkəmizə qarşı yer almış ərazi iddiasının çıxarılması ilə bağlı olan tələbdir. Bəyannamədə sülh sazişinin imzalanması və ratifikasiyası ilə əlavə tədbirlərin görülməsi zərurəti yer alıb. Bu onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sülhə və sabitliyə hədəflənmiş xarici siyasət strategiyası öz bəhrəsini verir və regiona uzun illərdir gözlənilən sülh gətirir. Bu sülh, eyni zamanda, bir çox sahələrə yönələn əməkdaşlıq perspektivlərinə də yol açır".

Deputat bildirib ki, bu, təkcə Ermənistanla Azərbaycan arasında əməkdaşlıq deyil, eyni zamanda, regional əməkdaşlıqla da bağlıdır:
"Regionda uzunmüddətli sülhü və sabitliyi təmin edəcək sülh sazişinin imzalanması yolundakı maneələrdən olan ATƏT-in Minsk qrupunun və onunla əlaqəli strukturların ləğv olunması barədə də Azərbaycanın təklifinə rəsmi Vaşinqtondan dəstək verildi. Bu məsələdə də Ağ Ev Prezident Trampın şəxsində ən ali səviyyədə yazılı şəkildə şahidlik etdi ki, tərəflər Minsk qrupunun ləğvi ilə bağlı ATƏT katibliyinə sorğu göndərirlər".
R.Nəbiyev vurğulayıb ki, Ağ Evdə əldə olunan mühüm razılaşmalardan biri də Azərbaycanın bir hissəsi olan Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunmasıdır:
"Biz Azərbaycan Prezidenti İlham Əliyevin illərdir həm yerli, həm də beynəlxalq mətbuat qarşısında səsləndirdiyi strateji vacib layihə ilə bağlı təklifin reallaşdığını görürük. Prezident İlham Əliyevin Azərbaycanın əsas hissəsindən Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunmaaı tələbi olduğu kimi üçtərəfli Vaşinqton bəyannaməsi vasitəsilə təsdiq olundu. Bu bir daha onu göstərir ki, Azərbaycan Prezidentinin regionda davamlı sülhün əldə olunması, həmçinin kommunikasiyaların açılması üçün apardığı siyasət qlobal müstəvidə dəstək qazandı və onun real icrasının təmin olunmasına Donald Tramp səviyyəsində dəstək ifadə edildi. Vaşinqtona səfər və əldə olunan tarixi razılaşmalar Azərbaycan Prezidentinin hərbi və diplomatik strategiyası nəticəsində əldə etdiyi uğurlar qlobal miqyasda və dünyanın nəhəng siyasi gücü ABŞ hökuməti tərəfindən təsdiq olundu".
Oxşar xəbərlər
Estoniyalı nazir Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasına münasibət bildirib
"Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində tarixi addım atılıb". BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Estoniya Respu...
