İlham Əliyevin AMEA-dakı çıxışında qeyd etdiyi istiqamətlər üzrə Orfoqrafiya lüğətinə yenidən baxılır

İlham Əliyevin AMEA-dakı çıxışında qeyd etdiyi istiqamətlər üzrə Orfoqrafiya lüğətinə yenidən baxılır
Siyasət 41

Prezident İlham Əliyevin AMEA-dakı çıxışında qeyd etdiyi istiqamətlərdə Orfoqrafiya lüğətinə yenidən baxılır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Orfoqrafiya lüğətinin yeni nəşri ilə bağlı keçirilən iclasda bildirib.

O qeyd edib ki, yeni nəşrin hazırlanmasında 2021-ci ildə çap olunmuş Orfoqrafiya lüğəti əsas baza kimi qəbul edilib. Bununla yanaşı, əvvəlki illərdən fərqli olaraq, növbəti təkmil nəşrdə Dilçilik İnstitutunun Dil Korpusu bazasından da geniş istifadə olunmuş, sözlərin işlənmə tezliyinə baxılıb. Korpus əsaslı yanaşma lüğətdə normativ qaydaların daha dəqiq müəyyənləşdirilməsinə və lüğətin əsaslarının gücləndirilməsinə imkan verir.

Sonda Orfoqrafiya lüğətinin növbəti nəşrinin ən müasir elmi praktik tələblərə cavab verməsi, dil normalarının daha dəqiq müəyyən olunması və cəmiyyət üçün əlçatan şəkildə təqdim olunması istiqamətində işlərin ardıcıl davam etdirildiyi vurğulanıb.

Son xəbərlər