İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
26
fev
2025
10:21
XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.
BAKU.WS xəbər verir ki, dövlət başçısı Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.
Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Qalereya
Oxşar xəbərlər
Qırıcılarımız hərbi parada hazırlaşır - Möhtəşəm GÖRÜNTÜLƏR
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı...