İlham Əliyev və bir sıra ölkələrin liderləri Ağdamda Qarabağ atlarının Zəfər şousunu izləyiblər
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev və ölkəmizdə səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin dövlət və hökumət başçıları Ağdam şəhərindəki İmarət Kompleksində Qarabağ atlarının Zəfər şousunu izləyiblər.
Atlılar musiqi sədaları altında əllərində quruma üzv ölkələrin bayraqları ilə meydana daxil olaraq dövrə vurub və qonaqları salamlayıblar.
Daha sonra rəqqaslar Azərbaycan milli rəqslərini ifa ediblər.
Tədbirdə iştirak edən dövlət başçıları, həmçinin Azərbaycan mədəniyyətini, incəsənətini və milli dəyərlərini daha yaxından tanımaq imkanı əldə ediblər.
Qeyd edək ki, iyulun 4-də Xankəndidə ECO-nun 17-ci Zirvə görüşü keçiriləcək.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...