İlham Əliyev Slovakiya Prezidentini Azərbaycana səfərə dəvət edib
Azərbaycan Prezidenti İlham Əliyev slovakiyalı həmkarı Peter Pelleqrinini Azərbaycana səfərə dəvət edib.
BAKU.WS xəbər verir ki, Prezidenti İlham Əliyev dəvəti Bratislavada rəsmi ziyafət zamanı deyib.
"Biz tərəfdaşlığımızın müxtəlif sahələrində fəal çalışırıq və əminəm ki, rəsmi səfərim işbirliyimizə əlavə təkan verəcək. Biz Slovakiyada dostları, mehribanlığı, hörməti görürük və Sizin xalqınıza, hökumətinizə, Slovakiya dövlətinə eyni hisslər bəsləyirik. Mən, cənab Prezident, tərəfdaşlığımıza verdiyiniz bütün töhfələrinizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən Sizi Prezident kimi rəsmi səfərə dəvət etmək istərdim. Siz həm Baş nazir, həm Parlament spikeri kimi bizə səfər etmisiniz, lakin Prezidentin rəsmi səfərinin, əlbəttə ki, xüsusi statusu var. Ümid edirəm, Sizi gələn il Azərbaycanda görəcəyəm", - deyə dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev: Slovakiyadan minatəmizləmə üçün aldığımız xüsusi avadanlıq insan həyatını xilas etməyə imkan yaradır
Slovakiya minalardan təmizləmədə Azərbaycana yardım edir. BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev Bratislavada Slovakiya Prezidenti Peter Pelleqrini...