İlham Əliyev Romada İtaliyanın "Eni S.P.A" şirkətinin baş icraçı direktoru ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Romada İtaliyanın "Eni S.P.A" şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb
BAKU.WS xəbər verir ki, görüşdə SOCAR ilə "Eni S.P.A" şirkəti arasında imzalanacaq sənədlərin əhəmiyyətinə toxunuldu, neft-qaz, bərpaolunan enerji və iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Qeyd olundu ki, sənədlərin imzalanmasından sonra "Eni S.P.A" şirkəti daha qısa müddət ərzində konkret nəticələrin əldə edilməsi üçün işçi plan və strategiya hazırlayacaq.
***12:16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Romada İtaliyanın "Eni S.P.A" şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...