İlham Əliyev: Rəqəmsal inkişaf sahəsində Türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Qazaxıstanın Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir:
"Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılıb. Ötən il ölkəmizdə Süni İntellekt Strategiyası qəbul edilmişdir. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır. Ölkəmizdə sabit genişzolaqlı internetin əhatəsi 100 faizə çatdırılmışdır. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir".
İlham Əliyev vurğulayıb ki, bununla yanaşı, süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazidd məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.
Oxşar xəbərlər
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhə...