İlham Əliyev: Potensial əməkdaşlıq sahəsi olacaq məsələlərdən biri də müdafiə sənayesidir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanla Latviya arasında müdafiə sənayesi də müzakirə olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda deyib.
"Müzakirə etdiyimiz və bəlkə də potensial əməkdaşlıq sahəsi olacaq məsələlərdən biri də müdafiə sənayesidir", - İlham Əliyev bildirib və əlavə edib ki, iki ölkənin bu sahədə imkanları fəal şəkildə inkişaf etdirilir:
"Bizə gəldikdə isə biz müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərəmizin, - söhbət özəl və dövlət şirkətlərindən gedir, - məhsullarını böyük sayda ölkələrə artıq ixrac edirik. Beləliklə birgə istehsal sahəsində əməkdaşlıq, işbirliyinin yaradılması bizim nəzərdən keçirə biləcəyimiz məsələlər ola bilər. Bir çox digər məsələlər də var".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...