İlham Əliyev Malayziyanın Kralını təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimə təbrik məktubu göndərib.
BAKU.WS-in məlumatına görə, məktubda deyilir:
"Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.
Biz Azərbaycan ilə Malayziya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bundan sonra da uğurla davam etdirilməsi üçün birgə səylər göstərəcəyik. Noyabr ayında Bakıda təşkil ediləcək COP29 çərçivəsində iqlim dəyişmələri ilə mübarizə sahəsində Malayziya ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvaram.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim rifah arzulayıram".
Oxşar xəbərlər
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi
"Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. BAKU.WS President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İ...