İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin geniş tərkibdə görüşü olub

İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin geniş tərkibdə görüşü olub
Siyasət 12

İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniyanın Federal Kansleri Fridrix Merts ilə geniş tərkibdə görüşü olub.

Görüşdə Azərbaycan ilə Almaniya arasında strateji gündəliyə dair imzalanmış sənədin əhəmiyyəti vurğulandı. Həmçinin sənəddən irəli gələrək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupların yaradılması və bu istiqamətdə sistemli işin aparılmasının vacibliyi qeyd edildi.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol qeyd olundu, həmçinin Orta Dəhlizin əhəmiyyəti vurğulandı. Eyni zamanda, iki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunuldu və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Federal Kansler Fridrix Merts Azərbaycanla Ermənistan arasında sülh gündəliyi istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. O, Almaniyanın regionda sülhün gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və hər zaman buna dəstək verməyə hazır olduğunu bildirdi.

Son xəbərlər