İlham Əliyev: Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır

Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüşdə çıxışı zamanı bildirib.
"Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk", - deyə dövlət başçısı əlavə edib.
Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan ÇXR Sədrinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub və bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir.
Oxşar xəbərlər
İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüşdə çıxış edib
Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında görüş keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev t...
