İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub
Yeniliklərdən dərhal xəbərdar olun
Ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin ildən-ilə inkişaf edərək bu gün müttəfiqlik səviyyəsinə çatması və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarova ölkənin Müstəqillik Günü münasibətilə təbrikində deyilir.
"Bu yaxınlarda qonaqpərvər ölkənizə həyata keçirdiyim dövlət səfəri ölkələrimizin sıx tərəfdaşlıq əzmini və geniş əməkdaşlıq gündəliyinin olduğunu nümayiş etdirmiş, Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsasını qoyub", - Prezident bildirib.
Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan-Qırğızıstan əlaqələri və müttəfiqliyi iki xalqın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərlə yüksələn xətt üzrə inkişaf etməyə və güclənməyə davam edəcək.
Oxşar xəbərlər
İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. BAKU.WS xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əz...