İlham Əliyev: Azərbaycan-İran münasibətləri bölgədə təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək

İlham Əliyev: Azərbaycan-İran münasibətləri bölgədə təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək
Siyasət 29

Hazırda Azərbaycanla İran arasında ikitərəfli gündəlikdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər yer almaqdadır.

BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə göndərdiyi təbrik məktubunda deyilir:

"Hesab edirəm ki, mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə nail ola bilərik".

Dövlət başçısı inandığını bildirib ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran münasibətləri iki dövlətin və xalqın mənafelərinə uyğun inkişaf edərək bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.

Son xəbərlər