İcma: Belçikanın yeni qurulmuş hökuməti Qərbi azərbaycanlılara qaşrı ayrı-seçkilik edib
Belçika Krallığında yeddi aydır davam edən növbəti siyasi böhrandan sonra bir qrup siyasi partiya 2025-ci ilin fevral ayının 1-də koalisiya sazişi imzalayaraq hökumət qurmuşdur. Sazişdə Azərbaycana və azərbaycanlılara qarşı qeyri-konstruktiv və ayrı-seçkilik xarakterli müddəalar yer alır.
BAKU.WS xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması bəyan edib.
"Koalisiya sazişində "dağlıq qarabağ " kimi ifadələrdən istifadə etməklə, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə xələl gətirilməyə çalışılır. Bundan başqa, sazişdə Azərbaycandan köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır. Lakin Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsun bəhs edilmir. Bu, Belçika hökuməti tərəfindən Qərbi azərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkilikdir.
Belçika siyasi partiyalarının, ölkələrinə aidiyyəti olmayan bu kimi məsələləri sazişə daxil etmək və ayrı-seçkilik və beynəlxalq hüquqa zidd yanaşma sərgiləmək əvəzinə Belçikanın xroniki böhran içərisində olan siyasi sistemi ilə məşğul olmaları daha düzgün olardı.
Biz Belçikanın yeni qurulmuş hökumətini azərbaycanlılara qarşı etnik əsasda ayrı-seçkiliyə son verməyə, bölgədə sülhə mane olan addımlardan çəkinməyə və Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırırıq", - bəyanatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
Azərbaycan hesab edir ki, bərpa olunan enerjinin genişləndirilməsi və enerji səmərəliliyinin artırılması sahəsində mühüm irəliləyiş əldə edilsə də, ciddi çağırı...