Hüseyn Bağırov vəzifəsindən getmə səbəbini açıqladı
06
dek
2018
09:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov vəzifədən azad olunması ilə bağlı danışıb.BAKU.WS xəbər verir ki, o Modern.az saytına müsahibəsində bildirib ki, nazir postuna Heydər Əliyevin sərəncamı ilə təyin edilib və 18 il bu vəzifədə olub: “Bu təyinat mənim üçün gözlənilməz idi. Təbii ki, bu məqamda nizam-intizam da göstərmək lazımdır. Qaldı ki, nazir olmağın müsbət tərəflərinə, öz payıma danışacam. Çünki hər kəs öz həyatını yaşayır. Ola bilsin ki, nazir vəzifəsi kimlər üçünsə cazibədardır. Buna əlçatmaz arzu kimi yanaşanlar da çoxdur, haqqında mənfi obraz yaradanlar da az deyil. Onu deyə bilərəm ki, stresslə dolu həyatdır. Səhhətimdə problemlər yarandı. Ölkə rəhbərinə müraciət etdim, Cənab Prezident də məsələyə həssas yanaşdı. Buna görə ona dünya qədər minnətdaram. Cənab Prezidentin köməkçisi məni yeni nazirin təqdimatına dəvət etdi, nazirliyin ünvanına ölkə rəhbərliyinin adından xoş sözlər dedi. Mənə də söz verdi, ölkə rəhbərliyinə öz təşəkkürümü bildirdim, yeni nazirə uğurlar arzu etdim və sivil bir şəkildə kollektivlə vidalaşıb, getdim. Bu gün də səhhətimlə məşğulam”.BAKU.WS
Oxşar xəbərlər
Milli Məclisin daha bir neçə deputatına yüksək vəzifə verilə bilər
Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata...