Milli Məclisin daha bir neçə deputatına yüksək vəzifə verilə bilər

Milli Məclisin daha bir neçə deputatına yüksək vəzifə verilə bilər
Sosial 2165
Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.Hazırda hökumətə rəhbərlik edən Baş nazir Novruz Məmmədovun 4 müavini var: Baş nazirin birinci müavini Yaqub Eyyubov; baş nazirin müavinləri Əli Əhmədov, Əli Həsənov və Hacıbala Abutalıbov.Yeri gəlmişkən, hökumətin əvvəlki tərkibində Baş nazirin 6 müavini vardı: birinci müavin Yaqub Eyyubov, müavinlər Əli Əhmədov, Əli Həsənov, İsmət Abasov, Abid Şərifov, Elçin Əfəndiyev.İndi isə yenilənmiş tərkibdə 2 müavin postu boş qalıb. Bəzi məlumatlara görə, baş nazirin müavinləri ixtisar olunub, digər xəbərlərə görə isə əksinə, iki yeni təyinat da gerşəkləşə bilər.Qeyd edək ki, Nazirlər Kabinetinin tərkibinə daxil olan Milli Arxiv İdarəsinin rəisi və Prezidentin sərəncamı ilə yeni yaradılan iki qurumun - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Əqli Mülkiyyət Agentliyinin sədri postlarına da yeni təyinatlar olacaq.Modern.az-a daxil olan məlumata görə, boş qalan vəzifələrə təyinat zamanı yenidən Milli Məclisin deputatlarından istifadə oluna bilər. Yəni, daha bir neçə millət vəkilinin yeni vəzifəyə təyinatına şahidlik edə bilərik.Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Modern.az-a məsələ ilə bağlı açıqlama verib.Deputat bildirib ki, ölkə başçısı müvafiq zamanda Nazirlər Kabinetində boş qalan yerlərlə bağlı münasibətini ifadə edəcək.“Ola bilsin ki, Baş nazirin müavinləri ştatı ixtisara da düşə bilər, əksinə, iki yeni təyinat da gerşəkləşə bilər. Həmin postlara təyinatın olub-olmaması ölkə başçısının müstəsna səlahiyyətidir”.Fəzail Ağamalı təyinat gözlənilən vəzifələrə Milli Məclisin deputatlarının aparıla biləcəyini mümkün sayır.“Milli Məclisin deputatlarının icra strukturlarına təyin olunması heç kim tərəfindən gözlənilmirdi. Cənab prezident bu addımları ilə cəmiyyətimiz üçün bir sürpriz etdi. Seçimi də çox doğrudur. Çünki Milli Məclis siyasi məktəbdir. Vəzifəyə təyinatı alan keçmiş həmkarlarım bu postlara layiqli insanlardır. Əminəm ki, onlar təyinat aldığı vəzifələrdə də cənab prezidentin etimadını doğruldacaq, layiqli dövlət məmuru kimi cəmiyyətdə nüfuz qazanacaqlar. Bundan sonra da bu və ya digər yerlərə, icra strukturlarının müxtəlif pillələrinə təyinat zamanı yenə də Milli Məclisin üzvlərindən kimlərsə aparıla bilər. Hesab edirəm ki, bu, mümkün variantlardan biridir”.BAKU.WS

Son xəbərlər