Hulusi Akarla Sergey Şoyqu ilə danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, söhbət zamanı Akar Ukraynada humanitar vəziyyətin yaxşılaşdırılması, bölgədə sülh və sabitliyin bərpası üçün dərhal atəşkəsin vacibliyini, Mariupol sakinləri başda olmaqla, dinc əhalinin təhlükəsiz şəkildə təxliyyə edilməsinin lazım olduğunu vurğulayıb.
O, bir daha bəyan edib ki, humanitar yardımlara hər cür dəstəyi verməyə çalışan Türkiyə əvvəllər olduğu kimi bölgədə sülhün təmin olunması üçün üzərinə düşəni etməyə davam edəcək.
Oxşar xəbərlər
Akar: "Ukraynada dərhal atəşkəs elan edilməlidir"
"Ukraynada qan tökülməsinin qarşısını almaq və sabitliyi bərpa etmək üçün dərhal atəşkəs elan etmək vacibdir". BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu...