Hulusi Akardan Qarabağla bağlı növbəti AÇIQLAMA

Hulusi Akardan Qarabağla bağlı növbəti AÇIQLAMA
Siyasət 221

Ermənistanın törətdiyi vəhşiliklər, o cümlədən Xocalı soyqırımı hələ də yaddaşlarda qalmaqdadır.

BAKU.WS xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Millət Məclisinin ümumi iclasında çıxışı zamanı deyib.

O, Ermənistanın 30 ilə yaxındır, Azərbaycan ərazilərinin 20 faizini əhatə edən Dağlıq Qarabağı və yeddi rayonu işğal etdiyini xatırladıb.

Türkiyəli nazir bildirib ki, Ermənistanın sentyabrın 27-də mülki obyektlərə zərbə endirməsi səbri daşıran son damla olub:

“Azərbaycan Ermənistanın işğal etdiyi əraziləri azad etmək üçün hərəkətə keçib və "Tək Vətən Hərəkat Planı"nı işə salıb. 44 gün davam edən, ancaq 44 il və ondan sonra da barəsində danışılacaq zəfərlə nəticələnən hərəkatla Azərbaycan torpaqları Ermənistanın işğalından qurtarılıb və 10 noyabrda atəşkəs bəyanatı imzalanıb.

Cənab Prezidentimiz Rusiya Prezidenti Putinlə atəşkəsin şərtləri və davamlı olması ilə bağlı danışıqlar apararaq atəşkəs bəyanatına lazımi dəstəyi təmin edib”.

H.Akar tarixi Zəfərin qeyd edilməsi gününün Atatürkün vəfat etdiyi 10 noyabr əvəzinə 8 noyabr tarixinə elan olunmasına da toxunub:

“Həssaslıqlarına görə başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk. Beləliklə, Azərbaycan “iki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə bir olduğumuzu bir daha göstərdi. Türkiyə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcək”.

Son xəbərlər