Hulusi Akar: “1915-ci il hadisələrinin təhrif edildiyi çox açıq və aydındır”
Yeniliklərdən dərhal xəbərdar olun
“1915-ci il hadisələrinin təhrif edildiyi çox açıq və aydındır”.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov birgə keçirdiyi mətbuat konfransında deyib.
O, bu məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistana etdiyi çağırışı xatırladıb: “Prezidentimiz bu məsələ ilə bağlı tarixçilərdən ibarət heyətin formalaşdırılmasını təklif edib. Siyasətçilər də “mən haqlıyam”, “sən haqsızsan” deməsinlər. Tarixçilər mübahisə etsinlər, nəticəni ortaya qoysunlar.
Bizim sənədlərimiz ortadır. Ermənistan tərəfinin populist, oportinist bir mövqedə olduğunu, bəzi şəxslərin seçkilərdə səs toplamaq üçün tarixi hadisələrdən sui-istifadə etdiklərini görürük. Bunu hamının bilməsi lazımdır”.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...