Hospitallara aparılan yaralı erməni hərbçilər: "Azərbaycanlılar çox yaxşı döyüşürlər"

Hospitallara aparılan yaralı erməni hərbçilər: Azərbaycanlılar çox yaxşı döyüşürlər
Siyasət 8803

Qarabağa bitişik ərazilərdəki erməni hospitallarında yaralı əlindən tərpənmək olmur. Tək bu gün bir hospitala ön cəbhədən 60 yaralı gətiriblər.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Znak.com internet qəzeti yazıb.

Məlumatda qeyd edilir ki, xəstəxanaya gətirilən erməni əsgərlərinin çoxusu ölümcül vəziyyətdədir. Ölülərin sayı-hesabı yoxdur.

Birinci Qarabağ savaşında da iştirak edən və hazırda yaralılar arasında olan veteran erməni hərbçisi Znak.com-un müxbirinə etiraflar edib:

"Azərbaycanlılar çox yaxşı döyüşürlər. Onların döyüş üslubu fərqlidir. Mən 90-cı illərdə Qarabağda döyüşmüşəm. Onlar o vaxt belə savaşmırdılar. Anlamıram ki, Putin niyə bizə kömək etmir?"

Son xəbərlər