Honq Konqa casusluq edən agent parkda ölü tapıldı

Honq Konqa casusluq edən agent parkda ölü tapıldı
Siyasət 138

İngiltərədə Honq Konq kəşfiyyat xidmətinə casusluqda ittiham edilən agent Metyu Trikket ölü tapılıb.

BAKU.WS BBC-yə istinadən xəbər verir ki, 37 yaşlı Metyu paytaxt Londonun qərbindəki Maidenheaddə yaşayırdı.

Trikket "Grenfell Park"ında aşkarlanıb.

Ona ilkin müdaxillələr edilsə də daha sonra vəfat etdiyi məlum olub.

"Thames Valley" bölgə polisi onun ölüm səbəbinin ekspertizadan sonra bəlli olacağını açıqlayıb.

Xatırladaq ki, Metyu Trikket İngiltərə kral ailəsi donamasının üzvü olub. O eyni zamanda Daxili İşlər Nazirliyinin immiqrasiya xidmətində də çalışıb.

Son xəbərlər