Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar
28
yan
2020
22:17
Honkonqun tədqiqatçılar qrupu koronavirusa qarşı vaksin hazırlayıb, ancaq preparatın sınaqdan keçirilməsi üçün uzun müddət vaxt lazım olacaq.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Honkonq Universitetinin mikrobioloquna istinadən Çinin “South China Morning Post” qəzeti məlumat yayıb.
"Biz artıq vaksini yaratdıq, amma dərmanın heyvanlar üzərində yoxlanılması üçün uzun müddət lazım gələcək", - professor Yuen Kvok-Yunq bildirib.
Honkonq professorunun sözlərinə görə, heyvanlar üzərində sınaq aylarla, insanlar üzərində kliniki sınaqlar isə azı bir il vaxt apara bilər.
Oxşar xəbərlər
Koronavirusa yoluxanların sayı 913 nəfərə çatıb
Çində aşkarlanan koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı dünya üzrə 913 nəfərə çatıb. Onlardan 897-si və ölüm hallarının ha...