Səsdən sürətli külək tuneli inşa edilib
21
mar
2018
10:17
Çinli mühəndislər yüksək texnoloji səsdən sürətli təyyarələri test etmək üçün dünyanın ən sürətli külək tuneli inşa edib.BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Çinin “Şinhua” agentliyi məlumat yayıb.Çin Elmlər Akademiyasına bağlı Yüksək Təzyiq Qaz Dinamikləri Laboratoriyasının alimləri səs sürətinin 25 qatına qədər çata bilən sınaq məqsədli külək tunelinin inşasını tamamlayıb.265 metr uzunluqdakı tunel səs sürətinin 25 qatı olan, “Mach 25” şiddətinə çatan səsdən sürətli uçuşların simulyasiyasının həyata keçirilməsinə imkan verəcək.Layihənin detalları “Science China: Physics, Mechanics & Astronomy” dərgisində çap olunub.Nihat HÜSEYNZADƏBAKU.WS
Oxşar xəbərlər
Rusiyadan seçkiqabağı “Xəncər” zərbəsi (VİDEO)
Rusiya Müdafiə Nazirliyi ölkədə keçiriləcək prezident seçkilərinə bir neçə gün qalmış prezident Vladimir Putinin bu günlərdə açıqladığı yeni silahlardan birinin...