Böyük Çin Səddi turistlərin üzünə bağlanıb
Böyük Çin Səddinin bir hissəsi koronavirusun yayılması səbəbindən turistlər üçün bağlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.Səddin Pekinə yaxın bəzi hissələri sabahdan etibarən bağlanacaq.
Həmçinin Lama daxil olmaqla məşhur məbədlərə və paytaxtın ən görkəmli yeri olan “Yasaq şəhər”ə giriş məhdudlaşdırılıb. Çinin Mədəniyyət və Turizm Nazirliyi ölkə boyu və onun xaricində olan bütün turları ləğv etmək barədə tapşırıqlar verib.
Xatırladaq ki, Çinin Uhan şəhərində yayılan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb.
Oxşar xəbərlər
Çinin mülki aviasiya idarəsi biletləri cəriməsiz geri qaytarmağı tələb edir
Çinin mülki aviasiya idarəsi yeni koronavirusun yayılması ilə bağlı aviaşirkətlərin və agentlərin üzərinə biletlərini geri qaytarmaq istəyən bütün sərnişinlərdə...