Hollivud ulduzu körpəni ölümdən qurtardı - VİDEO
08
avq
2019
10:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hollivud ulduzu Deni Trexo (Danny Trejo) qəza zamanı avtomobildə qalan azyaşlını xilas edib. BAKU.WS xəbər verir ki, bu barədə "ABC7" telekanalı məlumat verib.Hadisə ABŞ-ın Los-Anceles şəhərində qeydə alınıb. Tanınmış aktyor çevrilmiş avtomobili gördükdən sonra ona kömək üçün yaxınlaşıb. Avomobildə yaşlı qadın və arxa oturacaqdakı azyaşlını görüb.Uşağı xilas etmək üçün oturacaqdakı təhlükəsizlik kəmərini açmaq istəyən Deni Trexo buna nail olmayıb. Daha sonra hadisə yerinə yaxınlaşan digər şəxslə köməkləşərək həm uşağı, həm də qadını xilas etmək mümkün olub. "Mən körpəni çıxarmaq istəyirdim, amma kəməri aça bilmirdim. O, içəri girdi, kəməri açdı, mən isə azyaşlını çıxara bildim",- deyə Hollivud ulduzu hadisə barədə danışıb.
Oxşar xəbərlər
Hollivud ulduzu Di Kaprionu evlənməyə razı salıb
Hollivudun parlaq subay üzvü Leonardo Di Kaprio həmkarı Bred Pitin məsləhəti ilə evliliyə qərar verib.BAKU.WS xəbər verir ki, bu barədə "Globe" nəşri yazıb. Nəş...