Hökumət koronavirusa görə pul ayırdı

Hökumət koronavirusa görə pul ayırdı
Siyasət 1156

Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna vəsait ayırıb.

BAKU.WS xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 mart tarixli 80s nömrəli Sərəncamı ilə dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ayrılmış vəsaitdən koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində zəruri tədbirlərin həyata keçirilməsi, tələb olunan diaqnostik dəstlərin, avadanlıqların və ləvazimatların, fərdi mühafizə vasitələrinin, laboratoriya materiallarının alınması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna 442 745,03 manat (dörd yüz qırx iki min yeddi yüz qırx beş manat üç qəpik) məbləğində vəsait ayrılsın".

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etməlidirlər.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...

24047 Sosial 16:55 06 aprel 2020

Son xəbərlər