Hitlerin sarayında opera binası tikiləcək

Hitlerin sarayında opera binası tikiləcək
Siyasət 70

Nasizm ideyasının yaradıcısı, Alman Nasional Sosialist Fəhlə Partiyasının (NSDAP) sədri Adolf Hitlerin Konqres Sarayı opera teatrı kimi istifadə olunacaq.

BAKU.WS Lenta.ru-ya istinadən xəbər verir ki, NSDAP Konqres Sarayının tikintisinə 1935-ci ildə başlanılıb.

Kompleks qranitdən hazırlanmışdır və formasına görə nəhəng tağlarla parçalanmış “at nalı”na bənzəyir. Binanın özünün hündürlüyü 80 metrə çatmalı idi. Ancaq plan baş tutmadı: möhtəşəm saray 39 metrdən yuxarı qalxmadı və damsız qaldı. 1973-cü ildən bina dövlət tərəfindən qorunur.

Bu günə qədər tikinti Almaniyada Nasional Sosializm dövründən bəri ən böyük tikintilərdən biri olaraq qalır.

Son xəbərlər