Hindistandan sonra indi də bu ölkə Aya raket göndərdi - FOTO

Hindistandan sonra indi də bu ölkə Aya raket göndərdi - FOTO
Siyasət 5

Yaponiya Ay missiyasında dördüncü buraxılış cəhdində uğur qazanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyindən (JAXA) açıqlama yayıb.

Hindistandan sonra indi də bu ölkə Aya raket göndərdi - FOTO

Bildirilib ki, SLIM adlı pilotsuz Ay eniş aparatı və XRISM adlı astronomik müşahidə peyki orbitə göndərilib.

Qeyd olunub ki, kosmik gəmini daşıyan H2A raketi yerli vaxtla saat 08:42-də Kaqosima əyalətindəki Taneqaşima Kosmik Mərkəzindən uğurla buraxılıb.

JAXA-nın verdiyi açıqlamaya görə, görüntüləmə texnologiyaları sayəsində Ay kraterlərinin forması kimi topoqrafik məlumatları topladığı bildirilən SLIM-in 3-4 ay ərzində Ayın orbitinə çatacaq və yumşaq bir şəkildə hərəkət etməyə çalışacaq.

XRISM görüntü peyki isə ulduzlar və qalaktikaların təfərrüatlı şəkillərini əldə etməyi hədəfləyir.

Son xəbərlər