Hindistanda tunel çökdü - Dağıntılar altında 36 nəfər var

Hindistanda tunel çökdü - Dağıntılar altında 36 nəfər var
Siyasət 1

Hindistanda tunel çöküb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə ölkənin şimalında qeydə alınıb.

Bildirilib ki, təxminən 36 işçi Uttarakhand ştatının şimalında tikilməkdə olan nəqliyyat tunelinin dağıntıları altında qalıb.

Hazırda hadisə yerində Fövqəladə Hallara Qarşı Mübarizə Qüvvəsinin əməkdaşları cəlb edilib.

Qeyd edilib ki, tunel dağlarda tikilirmiş və işçilər 200 metr irəlilədikdən sonra qurğu çöküb.

Dağıntılar altında qalanların sağ olduğu ehtimal edilir.

Son xəbərlər