Hikmət Hacıyev "X"dəki hesabında İranda keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında İran İslam Respublikasında keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib.
BAKU.WS xəbər verir ki, paylaşımda bildirilir:
"Tehran Dialoq Forumunda "təkbətək" formatında çıxış etməkdən və Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində yeni qlobal nizam, regional məsuliyyət və inklüzivlik, Azərbaycan-İran ikitərəfli əməkdaşlığının daha da möhkəmləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılması və Cənubi Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsi barədə danışmaqdan məmnunam".
H.Hacıyev İran Prezident Administrasiyasının siyasi şöbəsinin müdir müavini Mehdi Sənai ilə görüşü barədə yazıb: "Həmkarım Mehdi Sənai ilə və İranın Milli Təhlükəsizlik Şurasının katibi Dr. Əkbər Əhmədianla İran Prezidentinin Azərbaycana səfərinin davamı olaraq ölkələrimiz arasında ikitərəfli dostluq əlaqələrinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini nəzərdən keçirdik".
Qeyd edək ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak üçün İrana səfər edib.
Qalereya
Oxşar xəbərlər
"Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə uzun illər davam etdiyini iddia etd...