Hikmət Hacıyev: Əsas prioritetlərdən biri insanların azad olunan ərazilərə təhlükəsiz çıxışının təmin edilməsidir
Azərbaycan üçün əsas məsələ dövlət qurumları arasında koordinasiya, təşkilatlanma və idarəetmə sisteminin vahid şəkildə qurulmasıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, beynəlxalq təcrübə nəzərə alınmaqla yanaşı, Azərbaycanın öz modelinin də tətbiqi vacibdir:
"Azərbaycanın vəziyyətində əsas üstünlük vahid idarəetmə və mərkəzləşdirilmiş koordinasiya sistemidir. Bu prosesin strateji səviyyədə idarə olunması və dövlət qurumlarına müvafiq tapşırıqların verilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilir".
H. Hacıyev qeyd edib ki, hazırda əsas prioritetlərdən biri infrastrukturun qurulması və işğaldan azad olunan ərazilərə təhlükəsiz çıxışın təmin edilməsidir:
"Bununla paralel olaraq genişmiqyaslı mina təmizləmə əməliyyatları aparılır. Çünki 2020-ci ildən bu günə azad olunmuş ərazilərdə 400-dən çox mina hadisəsi baş verib. İnsanların valideynlərinin və yaxınlarının dəfn olunduğu məzarlıqlara gedən yollar da mina təhlükəsi altındadır. Buna görə də həmin ərazilərin təmizlənməsi və təhlükəsiz keçidlərin təmin edilməsi olduqca vacibdir".
Prezident köməkçisi qeyd edib ki, mina probleminə baxmayaraq, minlərlə Azərbaycan vətəndaşının Qarabağ və Şərqi Zəngəzura təhlükəsiz qayıdışı təmin olunub. Hazırda bu ərazilərdə insanlar yaşayır, işləyir, təhsil alır və fəaliyyət göstərirlər".
Oxşar xəbərlər
Mavriki Prezidenti Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mavriki Respubli...