Hikmət Hacıyev: Ermənistan Kəlbəcərdən vətəndaşlarının çıxarılması üçün vaxt istəyib

15
noy
2020
14:49
"Ermənistan işğal olunmuş ərazilərimizdən vətəndaşlarının çıxarılması üçün 25 noyabra qədər vaxt istəyib".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Kəlbəcərdən Ermənistan tərəfi orada olan insanların çıxarılmasına görə 25 noyabra qədər vaxt istəyib:
“Azərbaycan tərəfi humanizmdən çıxış edərək 25 noyabra qədər Azərbaycanın işğal olunmuş ərazisi olan Kəlbəcərdən ermənilərin çıxarılması ilə bağlı qərar qəbul edilib”.
Oxşar xəbərlər
Ermənilər Kəlbəcərdə elektrik dirəklərini dağıdırlar
Azərbaycana təhvil veriləcək Kəlbəcər rayonunun kəndlərində elektrik dirəklərini sıradan çıxarırlar. BAKU.WS xəbər verir ki, bu barədə “Reuters” agentliyi yayıb...
