Hikmət Hacıyev: Ağdam və Laçından ermənilərin çıxarılması vaxtı olduğu kimi saxlanılır

“Qrafikə uyğun olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən mülki insanlar, hərbçilər çıxarılır. Ağdamdan 20 noyabr, Laçından isə ermənilərin çıxarılması nəzərdə tutan vaxt dekabrın 1-dək olduğu kimi saxlanılır. Bircə Kəlbəcərlə bağlı bu zaman 15 noyabrdan 25 noyabradək uzadılıb”.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Ali Baş Komandan tərəfdindən də bu müjdə yaxın zamanlarda Azərbaycan xalqına çatdırılacaq.
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - VİDEO - YENİLƏNİB
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyaba...
