Hikmət Hacıyev erməni terrorunu maliyyələşdirənlərlə bağlı BMT-yə üzv dövlətlərə müraciət etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan BMT-yə üzv dövlətləri öz ərazilərində ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş erməni terrorizminin maliyyələşdirilməsi üçün istifadəsinə qarşı çıxmağa çağırır”.
Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında yazıb.
Prezidentin köməkçisi həmçinin, erməni diasporunun qeyri-kommersiya və xeyriyyə qurumları adı altında hərbi qüvvələrinə vəsait topladığını qeyd edib.
H.Hacıyev öz paylaşımında bu fəaliyyətlə məşğul olan təşkilatların adlarını yazıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...