Hikmət Hacıyev çinli nazirlə rəqəmsal sahədə əməkdaşlığı müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Kiberfəza İdarəsinin naziri Çjuan Junvenlə ikitərəfli əməkdaşlığı müzakirə edib.
BAKU.WS xəbər verir ki, bu barədə H.Hacıyev özünün "X" hesabında məlumat paylaşıb.
"Azərbaycan və Çin arasındakı hərtərəfli strateji tərəfdaşlıq əsasında Çinin Kiberfəza İdarəsinin naziri cənab Çjuan Junvenlə ölkələrimiz arasında rəqəmsal inkişaf, sosial media və dezinformasiya və dipfeyklərlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı müzakirə etdik", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan və Lüksemburq Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub
Lüksemburqda Azərbaycan ilə Lüksemburq Böyük Hersoqluğunun Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə BAKU.WS-ə Azərbaycanı...