Hikmət Hacıyev Cəbrayıl və Zəngilana diplomatların səfəri ilə bağlı paylaşım edib
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cəbrayıl və Zəngilan rayonlarına səfər edib.
BAKU.WS xəbər verir ki, bu barədə Hikmət Hacıyev öz "X" hesabında paylaşım edib.
"Biz Prezident İlham Əliyevin yolunu davam etdirərək, diplomatik korpusun üzvləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfər edirik. Səfərimizin ilk dayanacağı Horovlu kəndidir. Ziyarət zamanı Zəngəzur dəhlizinin tikintisinə, eləcə də regionda mövcud dəmiryolu və avtomobil yolları layihələrinə diqqət yetirəcəyik. 2020-ci il Vətən müharibəsindən sonra bu, diplomatik korpusla birlikdə azad edilmiş ərazilərə iyirminci səfərimizdir", - deyə o, paylaşımda bildirib.
Oxşar xəbərlər
Azərbaycan yanacağı Ermənistanda: İlk görüntülər - Xəbərlərin 20:00 buraxılışı
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. Azərbaycan yanacağı Ermənistana çatdırıldı. İlk qatarın görüntüləri yayıldı. Uzun ildən sonra yenidən Kərkicahanda....