Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin baş katibinin köməkçisi, dünya təşkilatın siyasət üzrə iş və proqram dəstəyi Bürosunun direktoru Markos Neto ilə görüşüb.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyinin Mətbuat Xidməti bildirib.
Qeyd olunub ki, tərəflərin görüşündə BMTİP-in “Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətdə əsas lider kimi mövqe tutmasına kömək etmək öhdəliyi bir daha təsdiqlənib”.
Xatırladaq ki, mayın 7-də Markos Neto Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilmiş 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxış edib.
#UN ASG #UNDP Assist.Administrator & Director of #BPPS @marcosathias met @HikmetHajiyev Assist. to the President of🇦🇿& Head of the PA Foreign Policy Affairs Department. @UNDP's commitment to assisting🇦🇿in positioning the country as a key leader in🌍#climate action was reaffirmed. pic.twitter.com/ZXyqF47apW
— UNDP Azerbaijan 🇦🇿 (@UNDPAzerbaijan) May 8, 2024
Oxşar xəbərlər
Elçin Əmirbəyov BMT baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib - FOTO
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BMT-nin baş katibinin köməkçisi, dünya təşkilatının siyasət üzrə iş və proqram dəst...