Hikmət Hacıyev: “Bakı hələ də Zəngəzur dəhlizi layihəsini ləğv etməyib”
Yeniliklərdən dərhal xəbərdar olun
“Zəngəzur dəhlizi layihəsi hələ də müzakirə olunur, lakin erməni tərəfi bu layihə ilə bağlı həqiqətən maraqlandığını nümayiş etdirməlidir”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico”ya müsahibəsində deyib.
Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan Süniki tutmaq fikrində deyil. Həmçinin Hikmət Hacıyev qeyd edib ki, Zəngəzur dəhlizi layihəsi artıq Bakı üçün cəlbedici deyil, belə ki, oxşar təşəbbüsləri İranla da hazırlamaq olar.
Azərbaycan Prezidenti oktyabrın əvvəlində bildirib ki, Bakı Tehranla Ermənistandan yan keçməklə İrandan ərazisindən Naxçıvana avtomobil və dəmir yollarının çəkilməsi barədə razılığa gəlib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...