Hikmət Hacıyev Azərbaycan nümayəndə heyətinin Dünya Köçəri Oyunlarındakı keçidindən görüntülər paylaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VI Dünya Köçəri Oyunlarında Azərbaycan nümayəndə heyətinin keçidindən görüntülər paylaşıb.
BAKU.WS xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında Azərbaycan heyətinə uğurlar arzulayıb:
"Zəngin milli irsimizi, qədim ənənələrimizi və Azərbaycan ruhunu dünyaya nümayiş etdirən komandamıza uğurlar arzulayırıq!"
Qeyd edək ki, VI Dünya Köçəri Oyunları avqustun 31-dən sentyabrın 7-dək Qırğızıstanda keçirilir. Azərbaycan yarışda 17 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur.
Dünya Köçəri Oyunlarında Azərbaycan heyətinin qürurlu keçidi! 🇦🇿
— Hikmet Hajiyev (@HikmetHajiyev) August 31, 2026
Zəngin milli irsimizi, qədim ənənələrimizi və Azərbaycan ruhunu dünyaya nümayiş etdirən komandamıza uğurlar arzulayırıq!#Azerbaijan #WorldNomadGames
A proud moment as Team Azerbaijan marches at the World Nomad… pic.twitter.com/g5JzQ0y2om
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...