Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ailəsinin tamhüquqlu üzvünə çevrilir"
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət Görüşü ilə bağlı paylaşım edib.
BAKU.WS Hikmət Hacıyevin "X" sosial şəbəkə hesabında etdiyi paylaşımı təqdim edir:
"Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşü tezliklə başlayır. Azərbaycan Mərkəzi Asiya ailəsinin tamhüquqlu üzvünə çevrilir. Ortaq tariximiz, etnik və dil əlaqələrimiz, dini ənənələrimiz və mədəni dəyərlərimiz "6" formatında siyasi birliyə çevrilir".
VII Consultative Meeting of the Heads of State of Central Asia starts soon. Azerbaijan becomes full fledged member of Central Asian family. Our common history, ethnic, linguistic ties and religious traditions and cultural values transform into the political unity at “6”. pic.twitter.com/9SzpOoSP5O
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 16, 2025
Oxşar xəbərlər
Emoməli Rəhmon Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə qoşulması münasibətilə İlham Əliyevi təbrik edib
Hörmətli İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə qoşulması münasibətilə təbrik edirəm. Sevin...