Hikmət Hacıyev Anaklaudia Rossbaxa təşəkkür etdi
"Düşünürəm ki, Dünya Şəhər Forumu bizim üçün çox mənasız olardı əgər biz QHT icmasının Dünya Şəhər Forumu çərçivəsində görüşünü təşkil edə bilməsəydik".
BAKU.WS xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində təşkil olunan "WUF13 QHT Forumu: qlobal tərəfdaşlıq və qərarqəbuletmə" mövzusunda keçirilən sessiyada Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O, QHT icmasının Dünya Şəhər Forumu çərçivəsində görüşünün təşkil edilməsində göstərdiyi dəstəyə görə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxa təşəkkür edib:
"Sizin baxışınız, rəhbərliyiniz və töhfələriniz bizim üçün son dərəcə faydalı və dəyərlidir. Buna görə də xanım Rosbaxa da minnətdarıq. O və bütün komandası bu təşəbbüsü dəstəklədilər. Bu dəstək BMT ailəsinin QHT-lərlə qarşılıqlı fəaliyyət və əməkdaşlıq sahəsində ən yaxşı təcrübələrinə əsaslanırdı. Bütün bunlar olmadan biz bunu həyata keçirə bilməzdik. Həm bu QHT forumu, həm də daha geniş mənada Dünya Şəhər Forumu tərəfdaşlığı və əməkdaşlığı əhatə edir. "UN-Habitat"dakı dostlarımız və xanım Rosbaxın rəhbərliyi ilə düşünürəm ki, biz uğurlu bir Dünya Şəhər Forumunun keçirilməsi prosesindəyik".
Oxşar xəbərlər
Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib
Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sər...