Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Gert Yan Kupmanla görüşüb.
Bu barədə Avropa Komissiyasının rəsmisi "X" hesabında məlumat yayıb.
“COP29, minatəmizləmə və digər məsələlər sahəsində Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığı müzakirə etmək üçün Azərbaycandayam. Prezidentin köməkçisi Hikmət Haciyev və xarici işlər nazirinin müavini Fariz Rzayevlə məhsuldar görüşlərim baş tutdu. Cənubi Qafqazda yaşıl enerji, regional əlaqə və sülhlə bağlı müsbət gündəm yaratmaq üçün mühüm fürsətdir”, - diplomat vurğulayıb.
Arrived in #Azerbaijan to discuss 🇪🇺🇦🇿 cooperation on #COP29, demining & more.
— Gert Jan Koopman (@GertJanEU) May 2, 2024
Started w/ a productive meeting w/ President’s Adviser @HikmetHajiyev & DFM Rzayev.
Important opportunity to build a positive agenda on green energy, regional connectivity & peace in South Caucasus. pic.twitter.com/AiQiQcTIWK
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...